

Aylıq ödənişi hesablayın
Qiyməti və müddəti yazın, ilkin və aylıq ödənişi dərhal görün
HesablaTələb olunan sənədlər
- Şəxsiyyət vəsiqəsi
- Sürücülük vəsiqəsi
- VÖEN
Aylıq ödənişi hesablayın
Hesablama məlumat xarakterlidir. Son şərtlər avtomobilin qiymətləndirilməsindən sonra dəqiqləşdirilir.
İlkin ödəniş göstərilmədiyi üçün minimum tələb olunan məbləğ avtomatik hesablanıb.
4 addımda avtomobil sahibi olun
- 01
Avtomobilinizi seçin
Saytda və ya tərəfdaş avtosalonlarda sizə uyğun avtomobili seçin.
- 02
Müraciət edin
Onlayn müraciət formasını doldurun və ilkin məlumatları təqdim edin.
- 03
Gəlirləriniz qiymətləndirilsin
Mütəxəssislər gəlirləriniz və maliyyə imkanlarınızı təhlil edir.
- 04
Avtomobilinizə sahib olun
Müraciət təsdiqləndikdən sonra sənədləşmə aparılır və avtomobil sizə təhvil verilir.
- ChanganOshan X5 Plus
- ChanganQiyuan A05
- ChanganUNI-Z
- ChanganQiyuan Q07
- ChanganCS55 Plus
- HyundaiElantra
- HyundaiTucson
- ToyotaCorolla
- ToyotaCorolla Cross
- ToyotaFrontlander
- ToyotaCamry
- ToyotaRAV4
- KiaSportage
Yol vərəqəsini əldə etmək üçün aylıq ödənişinizi etdikdən sonra 055 208 28 83 nömrəsinə WhatsApp tətbiqi vasitəsilə müraciət edə bilərsiniz. Sorğunuz qeydə alındıqdan sonra yol vərəqəsi 1 iş günü ərzində sizə təqdim olunur. Müraciət zamanı avtomobilin dövlət qeydiyyat nişanını qeyd etməyiniz kifayətdir. Yol vərəqəsi onlayn portala yerləşdirilir. İstəyinizə əsasən sənəd çap olunmuş formada da sizə təqdim edilə bilər.
Yol vərəqəsində adı qeyd olunmamış şəxsin avtomobili idarə etmək hüququ yoxdur. Yol vərəqəsinə yeni sürücünün əlavə edilməsi üçün sizə ən yaxın filialımıza yaxınlaşaraq ərizə ilə müraciət edə bilərsiniz. Müraciətiniz 1 iş günü ərzində icra olunur.
Yol polisini çağırın: 102 / 902. Sığorta şirkətinə məlumat verin: “MeqaSığorta” *8778 / “QalaSığorta” *4000. Ehtiyac olduqda “Kredit Evi Lizinq” ilə əlaqə saxlayın: (010) 225 15 90.
Kredit borcunuzu tam ödədikdən sonra (010) 225 15 90 nömrəsi ilə əlaqə saxlayaraq təmizlik arayışının hazırlanması üçün müraciət edə bilərsiniz.Müraciətinizdən sonra 5 iş günü ərzində avtomobili öz adınıza rəsmiləşdirmək üçün tələb olunan bütün sənədlər sizə təqdim olunur.Əlavə xidmət haqqının hesablanmaması üçün kredit borcunuz tam bağlandıqdan sonra avtomobilinizdə quraşdırılmış GPS avadanlığının vaxtında sökülməsini təmin etməyiniz tövsiyə olunur.Avtomobilinizi öz adınıza rəsmiləşdirdikdən sonra yeni dövlət qeydiyyat nişanına uyğun olaraq KASKO sığorta müqaviləsində müvafiq dəyişikliklərin edilməsi üçün (010) 225 15 90 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur. Əks halda, sığorta müqaviləsinə 30 gün sonra xitam verilə bilər.
Texniki müayinədən keçmək üçün tələb olunan arayışı əldə etmək məqsədilə 010 225 15 90 nömrəsi ilə əlaqə saxlayın. Arayışı əldə etdikdən sonra sizə yaxın texniki müayinə mərkəzinə müraciət edə bilərsiniz.
İcbari sığorta üçün istənilən sığorta şirkətinə müraciət edə bilərsiniz. Bunun üçün 010 225 15 90 nömrəsi ilə əlaqə saxlayaraq seçdiyiniz sığorta şirkətinə təqdim etmək üçün tələb olunan arayışı əldə edə bilərsiniz. Daha sonra həmin arayışla müvafiq sığorta şirkətinə müraciət edə bilərsiniz.
KASKO sığorta müqaviləsi hər növbəti il üçün yenilənməlidir.KASKO sığortası sizi gələcəkdə baş verə biləcək mümkün zərərlərdən qoruyur, eyni zamanda girov predmetinin yararsız hala düşməsi halında kredit borcunuzun tam ödənilməsini təmin edir.Ətraflı məlumat üçün (010) 225 15 90 nömrəsi ilə əlaqə saxlayın və ya ən yaxın filialımıza müraciət edin.
Avtomobilinizə aid DYP və AYNA cərimələrini izləmək üçün SMS Radar tətbiqində qeydiyyatdan keçə bilərsiniz.
- Qəza hadisəsi ilə bağlı müraciət
- Sığorta hadisəsi ilə bağlı müraciət
- Texniki müayinə üçün tələb olunan arayışlar
- İcbari sığorta üçün tələb olunan arayışlar
- Təmizlik arayışları
- Yol vərəqələri
- Yol vərəqəsinə yeni şəxsin əlavə edilməsi
- DYP və AYNA ilə bağlı çağırışlara dair müraciətlər