Bizi daha ətraflı tanıyın

Kredit Evi QSC

İR üzrə mütəxəssis

VAKANSİYA

Yaş həddi: 22-35 yaş

Cins: Qadın

Təhsili: Ali təhsil;

İş təcrübəsi: müvafiq sahədə 1 ildən yuxarı;

Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;

Komputer bilikləri: MS Office proqramlarını - xüsusilə Word və Excel (1C-8.3 versiyanı bilənlərə üstünlük verilir)

Bilik və bacarıqlar:

Gərgin iş qrafikində işləmək bacarığı;
Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
Məsuliyyətli və diqqətli olmaq;
Komandada işləmə bacarığı;
Əmək məcəlləsini mükəmməl bilməli;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri:

Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən işə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin həyata keçirilməsi;
İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması;
Elektron hökumət portalında işləmək bacarığı;
Əmək müqavilələrinin hazırlanması; 
Əmək kitabçalarının yazılması;
Vəzifə təlimatlarının hazırlanması; 
Dövlət Qurumlarının tələb etdiyi hesabatların hazırlanması;
Vakansiyaların tərtib edilməsi və müxtəlif saytlarda yerləşdirilməsi;
CV-ləri dəyərləndirmək və ehtiyat bazası yaratmaq;
Digər kargüzarlıq işlərinin icra olunması.

Əlavə şərtlər:

Həftədə 6 iş günü: Həftə içi 5 gün  09:00 – 18:00, Şənbə günü 10:00-14:00;
AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
Əmək haqqı danışıq əsasında.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   hr@kreditevi.az ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını (HR) e-məktubunuzun mövzu hissəsində göstəri. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

BİZİM ÜSTÜNLÜKLƏRİMİZ

BİZİM ÜSTÜNLÜKLƏRİMİZ

Kredit Evi MMC olaraq bizi digər təşkilatlardan fərqləndirən bizim üstünlüklərimizdir.

    MANATLA KREDİT
Bizi digər təşkilatlardan fərqli olaraq əhaliyə daha geniş çeşiddə, sərfəli və etibarlı şərtlərlə manatla kredit təklif edirik.
    YÜKSƏK DƏYƏRLƏNDİRMƏ
Biz sizin girovunuzu tam fərqli qaydada yüksək qiymətləndirərək, tam dəyərində kredit verə bilərik
    SMS VASİTƏSİ İLƏ KREDİT
 Bizim müştərilər filiallarımıza yaxınlaşmadan və əlavə sənədləşmə olmadan sadəcə 1 SMS vasitəsi ilə kredit əldə edə bilərlər.
    GİROVUNUZUN ETİBARLI SAXLANCI
"Kredit Evi QSC" sizin girovunuzun evinizdən daha güvənli saxlanmasına zəmanət verir
NİYƏ BİZİ SEÇMƏLİSİNİZ

24/7 Texniki dəstək

Biz bütün müştərilərimiz üçün həftənin bütün günləri keyfiyyətli və etibarlı xidmət göstəririk

Aşağı faizlər

"Kredit Evi QSC" öz müştərilərinin rifah halı və rahatlığının qayğısına qalaraq sizə daha əlverişli və cibinizə uyğun olan faiz dərəcələri təklif edir.

Xüsusi komanda

Daxil olan müştəri müraciətlərinin sayı, həmçinin tələb və ehtiyacları nəzərə alaraq, artıq bir neçə müddətdir ki, komandamız operativ rejimdə fəaliyyət göstərir.

Ən yaxşı təkliflər

Əlavə vəsiqələrə, zaminlərə ehtiyac qalmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə bizdən kredit əldə edə bilərsiniz.

Həmçinin müştərilər SMS vasitəsi liə filiallarımıza yaxınlaşmadan kredit əldə edə bilərlər.